Alməmməd Babayev Qərib Oğlu

- Soyad: Babayev
- Ad: Alməmməd
- Ata adı: Qərib
- Doğum tarixi: 23.11.2000
- Şəhid olub: 29.09.2020
- Rütbə: MAHHXHQ əsgər
«Vətən uğrunda» medalı, «İgidliyə görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı
Alməmməd Qərib oğlu Babayev 23 noyabr 2000-ci ildə Salyan rayonunun Sarvan kəndində anadan olub. Alməmməd Sarvan kənd tam orta məktəbində təhsil alıb. Ailədə 4 qardaş olub, çətinliklə böyüyüblər. Dərs oxumaqla arası olmayan, müəllimləri tərəfindən danlanan şagird sonradan adını Vətən müharibəsi tarixinə şəhid kimi həkk edib. Alməmməd əsgərliyini Ağdam-Ağcabədi ərazisində çəkib. Xidməti dövründə böyük uğurlar əldə edib. Təzə işə düzələn qəhrəmanımız ilk maaşını alan kimi anasına verərək, hər şeyin yaxşı olacağını deyib.
Reaksiyanız nədir?






